V, VI və VII sinif valideynləri ilə təlim
Məktəbin psixoloqu Şəbnəm Əsgərova V, VI və VII sinif valideynləri ilə təlim keçirdi.
Təlimin məqsədi son zamanlar sosial şəbəkələrdə, xüsusilə TikTok sosial şəbəkəsində yayılan və uşaqların marağına səbəb olan "Qanlı pul" oyunu haqqında maarifləndirici söhbət aparmaq idi.
Təlimdə məktəbin təşkilatçısı Rəfiqə Hacıyeva və UBR Arzu Məmmədova iştirak edirdilər.
Məktəbin psixoloqu Şəbnəm Əsgərova oyun haqqında məlumat verdi, oyunun törətdiyi riskli fəsadlar barədə valideynləri məlumatlandırdı və belə hallarla qarşılaşdıqları halda edəcəkləri davranışlar haqda tövsiyələr verdi.
Təşkilatçı Rəfiqə Hacıyeva belə hallarla qarşılaşacaqları təqdirdə görülə biləcək tədbirlər barədə söhbət apardı.