"Zəfərə gedən yol" mövzusunda xüsusi dərs

07.11.2023-cü il tarixində məktəbin tarix müəllimi Elza İmanova 8c və 9a sinif şagirdləri ilə birlikdə "Zəfərə gedən yol" mövzusunda xüsusi dərs təşkil etmişdir.
30 şagirdin iştirak etdiyi dərsdə tarix müəllimi Elza İmanova 8 noyabr-Zəfər günü barədə ətraflı məlumat verdi.
Azərbaycan xalqı bugünlərdə öz tarixinin ən parlaq səhifələrini yaşamaqdadır. Özünü beynəlxalq aləmdə təsdiq edən, nələrə qadir olduğunu göstərən bu xalq bir daha nümayiş etdirdi ki, onun sarsılmaz birliyi, dəmir yumruğu istənilən azğın düşmənin öhdəsindən qısa müddətdə gəlməyə qadirdir. Bu birlik otuz ilə yaxındır nəinki Azərbaycanın, hətta bütün qonşu xalqların əziyyət çəkdiyi erməni vandalizminə 44 gün ərzində son qoydu. Qısa bir müddətdə öz işğal olunmuş torpaqlarını azad edən müzəffər Azərbaycan Ordusu həm də regionun mənzərəsini dəyişdi, ölkələr arasındakı vəhşi düşmən tərəfindən süni şəkildə yaradılmış maneələri dəf etdi.
Həmişə bizim üçün müqəddəs olan üçrəngli bayrağımız bu gün sanki daha çox göz önündədir və ölkəmizin hər guşəsini bəzəyir. Təbii ki, bunun da əsas səbəbi yaşadığımız mühüm tarixi dövrdür. Çünki bu gün hamımız böyük tarixi hadisələrin iştirakçısına və şahidinə çevrilmişik. Bu gün Azərbaycan xalqı öz tapdalanmış hüquqlarını bərpa edir. Keçən əsrin 90-cı illərində işğal olunmuş ərazilərimizin sülh yolu ilə azad edilməsi uğrunda Azərbaycan dövləti çox mübarizə apardı. Otuz ilə yaxın davam edən bu çalışmaların heç bir nəticə verməməsi hansı yolla olursa-olsun itirilmiş torpaqlarımızı geri qaytarmağı şərtləndirdi. Məhz buna görə də Azərbaycan dövləti öz Ali Baş Komandanının rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də düşmənin yeni təxribatına qarşı əks-hücuma keçməklə torpaqlarımızın yağı düşməndən təmizlənməsi, öz tarixi sakinlərinin bu yerlərə geri dönməsi uğrunda Vətən müharibəsinə başladı. Bu müharibə Azərbaycan xalqının haqq işidir.