5C sinif şagirdləri II Fəxri Xiyabanı ziyarət etdilər

"8 Noyabr - Zəfər Günü" ərəfəsində 5 noyabr 2023-cü il tarixdə məktəbin 5c sinfi sinif rəhbəri Rübabə Nağıyevanın rəhbərliyi ilə II Qarabağ müharibəsi şəhidlərinin məzarlarının yerləşdiyi II Fəxri Xiyabanı ziyarət etdilər. Daha sonra Şəhidlər Xiyabanını - I Qarabağ müharibəsində şəhid olmuş, qətlə yetirilmiş soydaşlarımızın məzarlarını ziyarət etdilər. Ən sonda ordumuzun Zəfərindən əldə etdikləri qənimətləri görmək üçün Qənimətlər parkında ekskursiyada oldular. Bu zaman şagirdlərə şəhidlərimizin və ordumuzun əldə etdiyi Zəfərlər haqqında maarifləndirici söhbətlər aparıldı. Verilən məlumatlar şagirdlərin geniş marağına səbəb oldu.