Məktəbdə 4-cü, 6-cı, 7-ci və 8-ci siniflərində Azərbaycan dili fənni üzrə yazılı monitorinq keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü tədris ilinə dair Fəaliyyət Planında prioritet istiqamətlərdən biri də Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsidir.
Bu məqsədlə 23 oktyabr 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin həm Azərbaycan, həm də rus bölmələrinin 4-cü, 6-cı, 7-ci və 8-ci siniflərində Azərbaycan dili fənni üzrə yazılı monitorinq keçirilib.
Monitorinqin keçirilməsində məqsəd dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsidir.
Monitorinq vasitəsilə şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqları yoxlanılıb.