155 nömrəli məktəbə yerdəyişmə etmiş 60 şagird ilə məktəb rəhbərliyinin görüşü keçirildi

16. 10.2023-cü il tarixində məktəbdə 2023-2024-cü dərs ilində digər təhsil müəssisələrindən 155 nömrəli məktəbə yerdəyişmə etmiş 60 şagird ilə məktəb rəhbərliyinin görüşü keçirildi.

Görüşdə şagirdlərə sorğu vərəqləri paylanıldı.

Sorğuya əsasən şagirdlər "Məktəbdə oxuduqları bir ay müddətində yeni məktəbə adaptasiya, məktəbdə nələri bəyənib, nələri bəyənmədikləri, şəxsi bacarıqları, məktəbə necə faydalı olmaq olar" mövzusunda sualları cavablandırdılar.

Daha sonra şagirdlərə "Məktəbə xoş gəlmisiniz" rəmzi mənasını daşıyan qələm hədiyyə edildi.

Görüşdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Hacıyeva, psixoloq Şəbnəm Əsgərova, UBR Arzu Məmmədova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi