"Bilik Günü" tədbiri təşkil olundu
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 2023-cü il 15 sentyabr tarixində təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində “Bilik Günü” ilə bağlı tədbirlər keçirilir.
Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə “Bilik Günü” tədbiri təhsil müəssisəsinin həyətyanı sahəsində təşkil olundu.
Tədbir təhlükəsiz şəraitdə keçirildi və kənar şəxslərin müdaxiləsinə yol verilmədi.
Tədbirdə çıxış edən məktəbin direktoru Ruhiyyə İbrahimova 2023/2024-cü tədris ilinin ilk dərsinin “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurusucudur” mövzusuna həsr olunmasını qeyd etdi, eyni zamanda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə verdikləri tövsiyələr, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi məsələlərə diqqət çəkdi.