2022-2023-cü tədris ili ikinci yarımil üzrə VIII siniflərdə rəqəmsal formatda Böyük Summativ Qiymətləndirmə aparılır
Məktəbdə 2022-2023-cü tədris ili ikinci yarımil üzrə VIII siniflərdə rəqəmsal formatda Böyük Summativ Qiymətləndirmə aparılır.
BSQ məktəbin informatika otaqlarında təşkil olundu və şagirdlər kompüter vasitəsilə Microsoft Teams proqramında şəxsi kabinetlərinə daxil olaraq təyin olunmuş vaxt ərzində tapşırıqları həll etdilər.
BSQ tədris dili, riyaziyyat, ingilis dili fənnləri üzrə keçirildi və davam edəcək.
Rəqəmsal formatda keçirilən BSQ-nin obyektivliyi və şəffaflığını qorumaq, şagirdlərin rahatlığını təmin etmək üçün lazımi şərait yaradılmışdır.
Rəqəmsal BSQ-nin keçirilməsi şagirdlər tərəfindən müsbət qarşılandı.