8b sinifində "Yol hərəkətinin nizamlanması qaydaları " mövzusunda dərs
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.05.2020-ci il tarixli 230s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı"nın icrası ilə bağlı 20.05.2023-cü il tarixində məktəbin müəllimi Hüseynova Safura 8b sinifində Həyat bilgisi fənnindən "Yol hərəkətinin nizamlanması qaydaları" mövzusunda dərs təqdim etdi.
Dərsdə şagirdlər yol hərəkəti qaydalarını və nişanlarını lövhədə şəkillərlə izah etdilər.
Dərsdə fəal iştirak edən şagirdlər müəllim tərəfindən şərti sürücülük vəsiqəsi ilə mükafatlandırıldı.
Dərs şagirdlər tərəfindən maraqla qarşılandı.