8c sinifində "İnsan alveri" mövzusunda dəyirmi masa
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı 08.06.2023-cü il tarixində məktəbin tarix müəllimi Aynurə Musayeva 8c sinifində "İnsan alveri" mövzusunda dəyirmi masa təşkil etdi.
Seminarın keçirilməsində məqsəd insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar, həmçinin uşaqların təhsildən yayınması və baxımsızlığı ilə əlaqədar mövzularda şagirdləri maarifləndirməkdir.