"Hər şey övladımız üçün" adlı dəyirmi masa
26.05.2023-cü il tarixində "Ailəm və məktəbim" layihəsi çərçivəsində məktəbin tarix müəllimi Zəminə Vəliyeva 5c və 6c sinfinin valideyinləri ilə "Hər şey övladımız üçün" adlı dəyirmi masa keçirdi.
Tədbir valideyinlər tərəfindən bəyənildi və maraqla qarşılandı.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi "Ailəm və məktəbim" layihəsi Ailə və məktəb münasibətlərinin səmərəli təşkili, böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu məyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli tövhə verir.
Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji-psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.