Psixoloq "Sosial emosional bacarıqlar" adlı təlim təşkil etdi
Məktəbin psixoloqu Abbaslı Aysel 01.05.2023-cü il tarixində 8-ci sinif şagirdləri ilə Sosial Emosional Bacarıqlar (Hand in Hand) təliminin Modul 1-2 (Özünüdərk etmə və Mədəniyyətlər arası bacarıqlar) təşkil etdi.
Sosial emosional bacarıqlar təlimi Özünüdərketmə, Özünüidarəetmə, Sosial şüur, Mədəniyyətlər arası bacarıqlar , Məsuliyyətli qərar qəbul etmə modullarindan ibarətdir.
Bu təlim ilə şagirdlər öz emosiyalarını, davranışlarını daha adekvat dərk edəcək, buna uyğun olaraq özlərini daha yaxşı idarə edəcək, ünsiyyət bacarıqları, məsuliyyətli qərar qəbul etmə bacarıqları inkişaf edəcək və bu şagirdlərin həyatlarının hər bir sahəsində uğur qazanmaqlarina əhəmiyyətli dərəcədə təsir göstərəcək.