"Şagird davranış qaydaları" haqqında növbəti hesabat iclası oldu
11.03.2023-cü il tarixində ənənəyə uyğun olaraq hər iki həftədən bir keçirilən "Şagird davranış qaydaları" haqqında növbəti hesabat iclası oldu.
İclasda Şagird davranış jurnallarının yazılması təhlil edildi, qarşıya çıxan nöqsanlar müzakirə edildi.
Xüsusilə, şagird davranış qaydalarının şagirdlər üçün cəza kimi başa düşülməməsi, anlaşılmaması müəllimlərin diqqətinə çatdırıldı.
Müəllimlərin yeni qaydaların tətbiqi ilə bağlı sualları rəhbərlik tərəfindən cavablandırıldı.