Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən kurasiyamıza daxil olan məktəblərdə Monitorinq - 4 təşkil olundu
06.03.2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən kurasiyamıza daxil olan 155, 67, 68, 148, 169, 170, 187, 188, 198, 209, 305, 307, 255, 259, 271, 293, 295, 296, 309, 310, 311 nömrəli məktəblərdə Monitorinq - 4 təşkil olundu.
Monitorinq yalnız 9-cu siniflərə aiddir.
Məqsəd 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarına yekun hazırlığını müəyyənləşdirməkdir.
1. Monitorinq materialları yalnız 9-cu siniflərə təqdim olundu.
2. Monitorinq materialları şagirdlərə tam təqdim olunmuşdur.
3. Monitorinqin müddəti 2,5 saatdır (150 dəqiqə).
4. Monitorinq zamanı nəzarətçilərin materialların üz qabığıdakı məlumatı şagirdlərin diqqətinə çatdırmışdır.
5. Monitoriq zamanı ingilis dili fənnindən dinləmə materialı olduğundan zəruri şərait təmin edilmişdir.