Pedaqoji Şuranın Microsoft Teams platforması üzərindən online iclası keçirildi
18.02.2023-cü il tarixində məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Vəfa Məmmədova, Rəfiqə Hacıyeva və məktəbin müəllimlərinin iştirakı ilə Pedaqoji Şuranın Microsoft Teams platforması üzərindən online iclası keçirildi.
İclasın gündəliyinə daxil olan əsas məsələlər "Ümumtəhsil müəssisələrində təhsilalanlar üçün daxili nizam-intizam qaydalarının tətbiqi", bu qaydaların tətbiqi ilə bağlı məktəb heyəti üçün təlimatla tanışlıq və digər təlimatların istifadəsinə dair məlumatlardan ibarət idi.