Sinif rəhbərinin hesabat iclası keçirildi
25.02.2023-cü il tarixində Pedaqoji Şuranın son iclasının protokoluna uyğun olaraq "Şagird davranış qaydaları"nın şagirdlərə və valideynlərə çatdırılması, həmçinin maarifləndirici lövhələrin asılması ilə bağlı sinif rəhbərinin hesabat iclası keçirildi.
İclasda məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Vəfa Məmmədova, Rəfiqə Hacıyeva, Məhluqə Bayramova və sinif rəhbərləri iştirak etdilər.