"20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda şeir müsabiqəsi keçirildi

19.01.2023- cü il tarixində məktəbin şagirdləri arasında "20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda şeir müsabiqəsi keçirildi. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva öz şagirdləri ilə birgə təşkil etmişdi. Tədbirdə iştirak edən 8A, 7b, 7c və 7d sinif şagirdləri şəhidlərimizin müqəddəs ruhuna şeirlər və yüksək sözlər söylədilər. Şeir müsabiqəsinin qalibləri 7C sinif şagirdi Paşayeva Esmira, İmanov Tuncay, Mehdiyeva Nigar, Nəsirli Xəzri, 8A sinif şagirdi Abızadə Nəzrin, 7D sinif şagirdi Hacıyev Murad, 7 B sinif şagirdləri Məmmədova Aysel, Şirəliyeva Aysel böyük ehtiramla şəhidlərimizi yad etdilər.

Müsabiqədə məktəbin Təlim - tərbiyə işləri üzrə müavini Hacıyeva Rəfiqə, məktəbin kitabxanaçı Həsənova Kifayət, musiqi müəllimi Quliyeva Aynurə, UBR Arzu Məmmədova iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi