"Zəfər tarixi" adlı konfrans keçirdi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə əsasən məktəbdə "Zəfər tarixi" adlı konfrans keçirdi.
Konfransın birinci mərhələsində tarix müəllimi İmanova Elza "Vətən müharibəsi və zəfərə gedən yol" haqqında məlumat verdi.9b sinfinin şagirdləri Birinci Qarabağ müharibəsi və nəticələri, Aprel və Tovuz döyüşləri, qəhrəmanlarımızın döyüş yolundan danışdılar.
Konfransın ikinci mərhələsində isə məktəbin tarix müəllimləri Musayeva Aynurə, İmanova və Vəliyeva Zəminə "Zəfər tarixi" fənninin tədrisinin daha səmərəli olması üçün təkliflər irəli sürdülər.
Müzakirələr nəticəsində şagirdlərdə vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə Qənimətlər Parkına ekskursiya, Breyn-rinq yarışmalarının keçirilməsi, "Qəhrəmanlarımızın döyüş yolu" mövzusunda video-çarxların izlənilməsi təklif edildi.