Məktəblərdə növbəti monitorinq keçirilmişdir
27.12.2022-ci il tarixində BŞTİ-nin təşkilatçılığı ilə kurasiyamıza daxil olan 155, 67, 68, 148, 169, 170, 187, 188, 198, 209, 305, 307, 255, 259, 271, 293, 295, 296, 309, 310, 311 nömrəli məktəblərdə VII-IX siniflərdə növbəti monitorinq keçirilmişdir.
Monitorinqin keçirilməsində məqsəd 7-ci siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 6-7-ci sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdir.