İnzibati heyət üçün direktoryanı müşavirə
28.11.2022-ci il tarixində məktəbin direktoru Ruhiyyə İbrahimova inzibati heyət üçün direktoryanı müşavirə keçirdi.
Müşavirədə məktəbin fəaliyyət planının icrasında qarşıya çıxan problemlər, daha vacib hesab edilən məsələlərin həllinin sürətləndirilməsi üçün direktor müavinlərinin təklifləri dinlənildi.
Son günlər müşahidə edilən valideyn-məktəb əməkdaşlığının zəifləməsinin nəticələrini aradan qaldırmaq üçün fərdi yanaşmanın önə çıxarılması, ehtiyacı olan sinif rəhbərlərinə dəstəyin göstərilməsi qərara alındı.