"Ürək-damar sisteminin gigiyenası" mövzusunda dərs

    24.11.2022-ci il tarixində məktəbin biologiya müəllimi Həsənova Nərgiz biologiya fənnindən "Ürək-damar sisteminin gigiyenası" mövzusunda dərsi açıq havada keçdi.

"İnsan orqanizminin normal fəaliyyəti üçün ürəyin sağlam və qüvvətli olması vacibdir. Fiziki iş gördükdə oksigenə qarşı tələbat artır. Ürək tez-tez vurmağa başlayır. Ürək əzələsi nə qədər qüvvətli yığılarsa, damarlara bir o qədər çox qan vurar.

    Dözümlü olmaq üçün müxtəlif cür iş görmək üçün ürəyi məşq etdirmək, onun əzələsini gücləndirmək lazımdır. Əzələlərin yaxşı inkişafı üçün əzələ qanla təchiz olunmalıdır. Ürəyin əzələsi aortanın sol mədəcikdən başladığı yerdə ondan ayrılan tac damarlar vasitəsilə qidalanır. Fiziki iş görən zaman tac damarlarından ürəyə çoxlu qan gəlir. Odur ki, insan idmanla məşğul olduqda, fiziki iş gördükdə ürək əzələsi çoxlu qida maddələri və oksigen alır. Buna görə də belə insanlarda ürək sağlam və qüvvətli olur. Adam fiziki işlə az məşğul olduqda ürək əzələsi zəifləyir. Məsələn, insan uzun müddət tərpənmədən uzanarsa, yetmişinci gün ürəyin ölçüsü 13-18% kiçilir.

    Uşaqlarda qan damar sisteminin inkişafı ürəyin inkişafından geri qalır. Buna görə də qanı damarların mənfəzindən itləmək üçün yeniyetmənin ürəyinə əlavə güc düşür. Ona görə də yeniyetmələr mütləq fiziki hərəkətlər etməli və idmanla məşğul olmalıdır. Amma pozma daxilində olmaq şərtilə.

    Yaşa dolduqca mürəkkəbləşən fiziki hərəkətlər və idman oyunları əzələləri məşq etdirir. Bu da ürək əzələsinin böyüməsinə və inkişafına təsir göstərir.

    Ürəyin məşq etdirilməsi qaydası və əhəmiyyəti- Fiziki işlə və idmanın bütün növləri ilə məşğul olmaq nəinki skelet əzələlərinin inkişafını, həm də ürəyin sağlamlığı üçün vacib şərtdir. Uşaqlıqdan başlayaraq qoca yaşlarına qədər hər gün səhər yuxudan duranda səhər gimnastikası etmək lazımdır. Məktəbdə keçirilən bədən tərbiyəsi dərsləri, idman oyunları, tədris təcrübə hissəsində məktəb emalatxanasında işləmək, evdə fiziki iş görmək ürək əzələsini möhkəmləndirir.

    Açıq havada idmanla məşğul olmaq və fiziki iş görmək xüsusilə faydalıdır. Bu zaman qan oksigenlə daha çox doyur. Uşaqlarda və yeniyetmələrdə ürək – damar sistemi hələ tam inkişaf etmir. Ona görə də ürəyin gərgin işləməsi xüsusilə qorxuludur. Müəyyən yaşlarda uşaqlar üçün fiziki əməyin müddəti müxtəlif olmalıdır.

    14-17 yaşlı yeniyetmələrdə ürəyi çox yükləməmək, əmək təlimi və bədən tərbiyəsi dərslərindəki normativlərə ciddi əməl etmək lazımdır.

    Beləliklə yaşa uyğun yüngül bədən tərbiyəsi hərəkətlərindən getdikcə çətin hərəkətlərə, həm də qısa müddətli işdən uzun müddətli işə tədricən keçilərsə, onda bədən əzələləri ilə yanaşı ürək əzələsi də məşq edir və qüvvətlənir. Ürəyi tədricən məşq etdirmək lazımdır. "

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi