"Kimyanın zəfəri" adlı kimya fənn gecəsi

    07.11.2022-ci il tarixdə məktəbin kimya müəllimi Könül Məmmədova 8a sinif şagirdləri ilə birlikdə "Kimyanın zəfəri" adlı kimya fənn gecəsi təşkil etdi.

    Tədbirdə kimyanın tarixi, məşhur kimyaçılar, D.I.Mendeleyev, Azərbaycanlı alim Y.Məmmədəliyev barəsində məlumat verildi.

    Kimyəvi elementlərin xassələri şeirlərlə, səhnəciklə təsvir edildi.

    Molekulları tərtib etmək üçün yarış keçirildi.

    "Kəndimizdə kimya" rubrikasinda gündəlik həyatımızdakı kimyəvi hadisələrə diqqət cəlb edildi.

    Sonda şagirdlər müxtəlif təcrübələrlə öz biliklərini nümayiş etdirdilər və şəhidlərimizə həsr olunan cədvəl və bayraq təcrübəsi ilə tədbir yekunlaşdı.

    Fənn gecəsində məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova və məktəbin müəllimləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi