Tarixə yazılan tarix - 8 Noyabr

    Əsirlər boyu can Azərbaycanımızı sevməyən ölkələr, təşkilatlar, nadan insanlar, ölkəmizin mənafeyinə, suverenliyinə, azadlığına, əngəl olmaga çalışıblar. İllər boyu Azərbaycan parçalanıb, yağı düşmənlərin hucumuna məruz qalıb. Torpaqlarımızla yanaşı, dinc əhalinində qanı, canı düşmən tapdağı altında qalib. Lakin ölkəmizin mərd oğulları, qeyrətli qızları sayəsində, millətimiz sınmayıb, ruhdan düşməyib. Əsirlərlə Koroğlular, Babəklər, qaçaq Nəbilər, Həcərlər, Nigarlar yaradan torpaq, II Qarabağ döyüşlərində də, qəhrəman igidlərin sayəsində, 30 ilə yaxın bir müddətdə düşmən tapdağında qalan torpaqlarımızı əsl sahibinə qaytardı.

    Azərbaycan xalqının əzmi və iradəsi, iqdisadi gücü, müasir silahlar ilə təchiz edilmiş ordusu, II Qarabağ müharibəsində əldə etdiyimiz qələbənin ən mühüm amilləri oldu. 44gun davam edən müharibə nəticəsində işğal altında olan torpaqlarımız düşməndən azad edildi. Ana Vətən illərdir əsarətdə olan sevimli yurd yerlərinə, Azərbaycanın döyünən ürəyi olan Qarabağa qovuşdu.

    Qədim mədəniyyət, musiqi beşiyimiz olan Şuşa şəhərinin azad edildiyi gün, yəni noyabr ayının 8-i Azərbaycan tarixinə Zəfər Günü kimi yazıldı. Hər kəs ata-anasının, ailəsinin, oğul-qızının, ondan sonrakı taleyini düşünmədən döyüşə qatıldı, son damla qanına qədər döyüşdü. İllərdir düşmən əsarətində qalan torpaqlarımızı yağı düşməndən azad etdi.

    Bu qələbəni son nəfəsinə qədər döyüşən şəhidlərə, qazilərə, bu gün gücüylə ayaqda duran igid oğullara, öz savadı, güclü siyasəti, uzaqgörənliyi ilə seçilən, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə borcluyuq.

    Qələbə sənə yaraşır Azərbaycan əsgəri!

    Zəfər sənə yaraşır Azərbaycan!

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin musiqi müəllimi Quliyeva Aynurə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi