"8 noyabr Zəfər Günüdür, qalibiyyət günü, fəxarət günüdür"

    "8 noyabr Zəfər Günüdür, qalibiyyət günü, fəxarət günüdür. Fəxr edirik ki, qəhrəman Azərbaycan xalqı qələbəni döyüş meydanında qazandı. Qarabağ Azərbaycandır!"

    7 noyabr 2022-ci il tarixdə məktəbin musiqi müəllimi Aynurə Quliyeva və tarix müəllimləri Aynurə Musayeva, Zəminə Vəliyevanın təşkil etdiyi "Zəfər günü"nə həsr olunmuş tədbir keçirdi. Tədbirdə məktəbin "Şən mahnılar" adlı dərnək üzvləri öz rəqsləri və mahnıları ilə qələbə sevincini bizə yaşatdılar.

    Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Hacıyeva, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Hüseynova, kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi