"Zəfər tariximiz" adlı tədbir

    Məktəbin ibtidai sinif müəllimi Əliyeva Aygün 2a sinif şagirdləri ilə birlikdə "Zəfər tariximiz" adlı tədbir təşkil etdi.

    2a sinif şagirdləri bu tədbirdə Azərbaycan haqqında şeirlər ifa etdilər, vətənpərvərlik ruhunda musiqilər səsləndirdilər, dövlətimizi, bayrağımızı vəsf edən, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz haqqında məlumatlar təqdim etdilər. Kiçik incilərin təqdim etdikləri milli rəqslər tədbir iştirakçılarında xoş duyğular yaratdı.

    Tədbirdə direktor müavinləri Rəfiqə Hacıyeva, Məhluqə Bayramova və müəllimlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi