"Kiçik Akademiya"nın Riyaziyyat kafedrası üzrə "Breyn-rinq" yarışması (II tur)
"Kiçik Akademiya"nın Riyaziyyat kafedrasının rəhbəri Qənirə Məmmədova Riyaziyyat fənnindən 01.11.2022-ci il tarixdə "Breyn-rinq" yarışması keçirdi.
"Breyn-rinq"də 6c və 6d şagirdləri, hər sinifdən 2 qrup olmaqla ümümi 4 qrup iştirak etdi. Breyn-rinq 3 mərhələdən ibarət idi:
1.Asan tipli məsələlər
2.Krassvord
3.Çətin tipli məsələlər
1-ci mərhələ 6 misal- məsələdən ibarət,
2-ci mərhələ 9 ballıq şkala üzrə krassvorddan,
3-cü mərhələ 5 misal-məsələdən ibarət idi.
Tədbirdə məktəbin direktor müavinləri Vəfa Məmmədova, Rəfiqə Hacıyeva, məktəbin riyaziyyat müəllimləri Qəhrəmanova İlahə, Məmmədova Qənirə, UBR "Kiçik Akademiya"nın rəhbəri Arzu Məmmədova iştirak etdilər.