Robotiks dərnəyi
Məktəbdə 6-7 yaş qrupunu əhatə edən Robotiks dərnəyi fəaliyyət göstərir.
Dərnəyin məqsədi şagirdlərin Elm, Texnologiya, Riyaziyyat, Mühəndislik, Yaradıcılıq dünyasına ilk addımlarını əyani şəkildə, toxunaraqöyrənməklə atmalarına və bu yaş dövrü üçün maraq duyğusunun təşviqinə və ilkin bacarıqların ortaya çıxarılmasına yardım etməkdir.
Dərnəyin vəzifələri:
• Bu XXI əsr bacarıqlarını ən kiçik yaşlardan tədris etməyi qarşısına məqsəd qoyan STEAM təhsil layihəsini dəstəkləmək;
• Proqram vasitəsilə uşaqları aktiv, yaradıcı olmağa təşviq etmək;
• Robot dəstləri ilə işləmək bacarığı, həmçinin uşaqlarda sərbəst düşünmək, tətbiq etmək, fikir yürütmək, müqayisə, kollektiv fəaliyyət və s. keyfiyyətlərlə yanaşı onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək;
• Uşaqların diqqətini gücləndirmək, bədii və estetik bacarıqlarını artırmaq, məntiqi təfəkkürü, problem həlletmə bacarığı və özünəinamı inkişaf etdirmək.
Gözlənilən nəticələr: WeDo 2.0 Təhsil həllərindən istifadə edərək ibtidai sinif şagirdləri:
• Tapşırıqları təhlil etməyi və mümkün həll yollarını tapmağı öyrənəcək;
• Həmyaşıdları ilə birlikdə təhsil prosesində iştirak edən komanda və ünsiyyət bacarıqlarını inkişaf etdirəcək;
• Uğursuzluğu yeni təcrübə qazanmağın bir yolu olaraq görməyi öyrənəcək
• Vahid bir iş sisteminin hissələrdən meydana gəldiyini anlamağı öyrənəcək.