IX siniflərdə ilk monitorinq aparıldı
29 oktyabr 2022-ci il tarixdə Məktəbin İnkişaf Planına əsasən komplektləşdirilmiş IX siniflərdə tədris dili-Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnləri üzrə aylıq ilk monitorinq aparıldı.
Monitorinqin aparılmasında əsas məqsəd şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsini yoxlamaqdır.
Monitorinqi məktəbin direktoru Ruhiyyə İbrahimova və təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Məmmədova izlədilər.