Gəncləri ölümə aparan bəla
Narkotik maddə - dünyanı ağuşuna alan bəla. Bu bəladan yaşından asılı olmayaraq minlərlə vətəndaşlarımız uzaq dura bilmədi. Artıq ölkəmizdə gənclərin çox hissəsi bu bəlanın qurbanı olur. Narkotik maddələr orqanizmə daxil olduqdan sonra psixoloji, fiziki dəyişikliklərə səbəb olaraq asılılıq yarada bilən kimyəvi maddədir.Bu madələr təbii və ya sintetik ola bilər. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır.Narkotik maddə insana saxta xoşbəxtlik hissi verən, lakin beyin funksiyalarını və bütün orqanizmi məhv edən maddədir. Zaman keçdikcə insanın ictimai və peşə həyatına mənfi təsir göstərir,bütün sahələrdə iş qabiliyyətini azaldır.Son zamanlar eşidirik ki,nəinki gənclər , artıq ömrünün şox hissəsini yaşamış , müdrik yaşa çatmış yaşlı insanlarda özləri ilə yanaşı gəncləridə lənət olmuş bu maddələrə alışdırır, ondan asılı vəziyyətə salırlar. Son illər narkotik istifadəçilərinin arasında qadınların, qızlarında sayı olduqca çoxdur.
Qadın anadır, ana vətəndir .Bəs bu qadınlar niyə bu cür müqəddəs ada ləkə gətirir. Axı cənnət anaların ayaqları altındadır. Hər gün onlarla gənc qızlarımız, oğlanlarımız bu maddənin yüksək təsirindən vəfat etdiyini görürük. Bəlkədə ömürlərinin yarıda bitməyi onların bu həyatda ən gözəl mükafatıdır. Ölümlə bu istifadəçilərin sayı azalırmı? Xeyir. Yüzlərlə cavan, qoca, qadın, kişi ömrünün ən gözəl çağlarını həbsxana divarları arasında keçirirlər. Dövlətimizin xüsusi orqanlarının sayğqlığı , yüksək bacarığı, peşəkarlığı nəticəsində müxtəlif tərkibli narkotik maddələrin ölkəmizə gətirilməsinin qarşısı alınır, çox sayda narkotik istifadəçiləri müalicəyə cəlb olunmuşdur. Həmişə hər bir işdə Prezidentimiz İlham Əliyevin, polislərimizin ətrafında yumruq kimi birləşən xalq bu bəlanında öhdəsindən gələcək, gənclərimizin məhvinin qarşısını alacaqlar
Bu günün gəncləri, sabahın qurucularıdır !
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin musiqi müəllimi Quliyeva Aynurə