Pedaqoji Şura keçirildi
12.09.2022-ci il tarixdə məktəbin Pedaqoji Şurasının ilk iclası keçirildi. İclasın sədri və katibi seçildikdən sonra, məktəbin direktoru Ruhiyyə İbrahimova iclası açıq elan edərək gündəlikdəki məsələləri elan etdi.
Pedaqoji şura özünün illik fəaliyyət planını, müəllimlərin 2022 - 2023-cü dərs ili üçün dərs yükünü, məktəbin iş rejmini müzakirə və təsdiq etdi.
Sonda məktəbin direktoru Ruhiyyə İbrahimova ötən dərs ilində elan olunmuş bir sıra nominasiyalar üzrə fərqlənən müəllimləri təşəkkürnamə ilə təltif etdi.
Yeni dərs ilində bütün müəllimlərə uğurlar arzu edirik!