"İKT həyatımızda" adlı debat keçirildi

İnformatika fənn müəllimləri Nigar Əhmədova və Aliyə Səfərovanın təşəbbüsü ilə 7a və 7b sinif şagirdləri arasında "İKT həyatımızda" adlı debat keçirildi.

Debat zamanı spikerlər püşkatma ilə seçdikləri mövqeləri müdafiə etmək üçün müxtəlif məzmunlu çıxışlar etdilər, qarşı komandaya suallar verdilər.

Sonda hər iki komandanın spikerləri iştiraklarına görə Təşəkkürnamə ilə təltif olundular.

Debatda məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova, müəllimlər Humay Vəliyeva və Mələknisə Mirzəyeva iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi