"Su" mövzusunda təqdimat yarışı keçirildi

Kiçik Akademiyanın Kimya kafedrası üzrə 7-ci siniflərarası kimya fənnindən "Su" mövzusunda təqdimat yarışı keçirildi. Təqdimat "Power point" proqramı ilə hazırlanmalı, mövzu olaraq;

- Su ən dəyərli kimyəvi maddə

- Suyun kimyəvi xassələri

- Dünyada şirin su ehtiyyatları və mənbələri

-Azərbaycanda şirin su ehtiyyatları və mənbələri

-Azərbaycanda Suyun çirklənmə səbəbləri (çirkab axıntıları hara gedir?)

- Sudan əldə olunan enerjilər

-Yağış suyundan əldə olunan enerji (Reyhanın layihəsi) və digər seçim imkanları təqdim olunmuşdu.

Qaliblər 3 yerlə qiymətləndirildi.

Qiymətləndirmə meyarları:

- mövzunun aktuallığı

-mövzunun əhatəliliyi

-təkrarçılıqdan uzaq olması

- təqdimetmə bacarığı

- yaradıcı yanaşma

- slaydın dizaynı

Qaliblər:

1-ci yer - 7a - Vəlizadə Elay

2-ci yer - 7b - Qədirova Sevinc

3-cü yer -7a - İbadzadə Əsmayə

Yarışda məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova, Kimya müəllimi Yeganə Rəhimova və Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva münsiflər heyəti qismində iştirak etdilər.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi