Valideynlərlə maarifləndirici görüş keçirildi

Bu gün məktəbin direktoru Ruhiyyə İbrahimova 1-ci və 2-ci sinif valideynləri ilə maarifləndirici görüş keçirdi.
Görüşün məqsədi gənc valideynlərin qarşılaşdıqları çətinlikləri müəyyənləşdirmək, onlara pedaqoji dəstək vermək idi.
Görüşdən öncə valideynlərlə qısa anket sorğusu keçirildi. Sonra isə valideynlərə verilən sualların cavablarını birlikdə müəyyənləşdirmək üçün müzakirələr aparıldı.
İştirakçı valideynlər bu formatda görüşlərin davamlı olmasını istədiklərini qeyd etdilər.