"Breyn Rinq" adlı intelektual yarış keçirildi
Fizika müəllimi Xanımnaz Alıyeva 8b və 8c sinif şagirdləri arasında "Breyn Rinq" adlı intelektual yarış təşkil etdi.
Yarışda hər sinifdən 7 nəfər olmaqla iki komanda iştirak etdi.
Yarış 3 mərhələdə aparıldı:
I mərhələdə şagirdlərə "Çaparaq suallar" verildi.
II mərhələdə hər komandaya test tapşırıqları verildi.
III mərhələdə şagirdlər görkəmli fiziklər və onların ixtiraları haqqında olan tapşırıqları yerinə yetirdilər.
Sonda 8c sinif şagirdləri 25 bal toplayaraq qalib gəldilər. 8b sinif şagirdləri isə 19 bal toplayaraq ikinci yeri qazandılar.
Yarışda məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova və digər fənn müəllimləri iştirak etdilər.