"Bir gəncin manifesti" əsərinin müzakirəsi
Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Humay 7A sinfinin iştirakı ilə məktəbin kitabxanasında Mir Cəlalın "Bir gəncin manifesti" əsərini müzakirə etdilər.
Tədbirdə məktəbin direktor müavini Rəfiqə Hacıyeva və kitabxanaçılar iştirak etdi.
Şagirdlər əsərin qəhrəmanı Baharın timsalında kimsəsiz uşaqların taleyindən bəhs edən əsərləri və obrazları müqayisə etdilər. Oxuduqları əsərlərdə uşaq taleyinin oxşar və fərqli cəhətlərini təhlil edərək maraqlı fikirlər söylədilər.
Şagirdlərin bir - birindən fərqli, məntiqli fikirləri, müzakirələri maraq doğurdu.