İntelektual yarış keçirildi

Məktəbin coğrafiya müəllimi Safurə Hüseynova 7a və 7b sinif şagirdləri arasında "Breyn Rinq" adlı intelektual yarış təşkil etdi.

Yarışda hər sinifdən 7 nəfər olmaqla iki komanda iştirak etdi.

Yarış test tapşırıqları, krossvord, materiklər üzrə coğrafi adları uyğunlaşdırmaq, qarşılıqlı sual - cavab mərhələlərindən ibarət idi.

Yarış münsiflər heyəti və şagirdlər tərəfindən maraqla qarşılandı.

Yarışda direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova və digər fənn müəllimləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi