İbtidai sinif müəllimləri ilə görüş
Məktəbin direktoru Ruhiyyə İbrahimova ibtidai sinif müəllimləri ilə görüş keçirdi.
Görüşdə ibtidai siniflərdə qarşılaşan problemlər və həlli yolları müzakirə edildi. Qarşılıqlı dərsdinləmələr, şagirdlərin oxu texnikasının, yazı vərdişlərinin, hesablama vərdişlərinin inkişaf etdirilməsi üçün seçilmiş üsul və vasitələr müzakirə edildi.
Dərs ilinin sonu və gələcək hədəflərin müəyyən edilməsi üçün müəllimlərə tövsiyələr verildi.