Kurasiyamıza aid olan məktəblərdə monitorinq keçirildi
16.02.2022–ci il tarixdə BŞTİ – nin rəhbərliyinin tapşırığına müvafiq olaraq IX siniflərin DİM – in buraxılış imtahanlarına hazırlıq səviyyəsinin yoxlanılması məqsədi ilə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərinin növbəti monitorinqi aparıldı.
Monitorinqlər kurasiyamız üzrə 12 məktəbdə 67, 68, 148, 155, 169, 170, 187, 188, 198, 209, 305, 307 nömrəli tam orta məktəblərdə 9:00–da start verildi və 3 saat müddətində keçirildi.