Torpaq çərşənbəsi - Novruzun sonuncu çərşənbəsi

Bu gün İlaxır çərşənbə, digər adı ilə Torpaq çərşənbəsidir.

Torpaq çərşənbəsi digərlərindən fərqli olaraq daha təntənəli keçirilir. Hətta bəzi regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir.

Çünki Axır çərşənbə özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir.

Məktəbimizdə ibtidai sinif müəllimi Qənbərova Şəlalənin 4d və 0c sinif şagirdlərinin birlikdə təşkil etdiyi Novruz şənliyini həm müəllimlər, həm də şagirdlər böyük maraq və zövqlə izlədilər.

Məktəbin ibtidai sinif müəllimi Pərvinə Mirzəyevanın təşkil etdiyi "Bahar çələngi" sərgisi maraqla qarşılandı.

Bayram şənliyində məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Rəfiqə Hacıyeva, Vəfa Məmmədova və müəllimlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi