VII siniflər arasında "Kimyagərlərin yarışı" keçirildi

Bu gün izlədiyimiz dərs deyildi, 7-cilər arasında "Kimyagərlərin yarışı" idi.

Məqsəd: 7-cilər arasında kimya fənninə maraq, diqqət və sevgi yaratmaq idi. İştirak və cəsarət qalibiyyətin yarısıdır. Həvəsləndirmək məqsədi ilə, hər üç yerin sahibinə kiçik hədiyyələr verildi.

Yarış 3 mərhələdə aparıldı. 1-ci mərhələ nəzəri suallar, 2-ci mərhələ məsələ həlli, 3-cü mərhələ oyun tipli təşkil olunmuşdu. Komandalar

1. Polad biləklər-7c

2. Qızıl ürəklər-7a

3. Dəmir yumruq-7b adlanırdı

Məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Vəfa Məmmədova, məktəbin müəllimləri Humay Vəliyeva və Yeganə Rəhimova yarışmada münsif kimi iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi