VII siniflər arasında "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici seminar keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında olan razılaşmaya əsasən, "Ümidli gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən ümumi təhsil məktəblərinin şagirdləri üçün "Reproduktiv sağlamlıq" mövzusunda məktəbimizdə maarifləndirici seminar davam edir.

Bu gün təşkil edilən dəyirmi masa məktəbin direktor müavini Rəfiqə Hacıyeva və kimya müəllimi Yeganə Rəhimova tərəfindən VII b sinif şagirdləri arasında aparıldı.

Görüşün məqsədi şagirdləri "Gigiyena qaydalarına riayət etmək" mövzusunda maarifləndirməkdən idi.

Görüşdə şagirdlər bir-birlərinə top ötürməklə mövzunun nədən ibarət olduğunu aydınlaşdırdılar.

Onlar çox həvəslə suallara cavab verdilər. Gündəlik Gigiyena qaydalarını yaxşı müzakirə etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi