"İrəvan seminariyasının 140 illiyi"nə həsr edilmiş seminar keçirdi
Bu gün məktəbin tarix müəllimi Musayeva Aynurə 7c sinfində İrəvan seminariyasının 140 illiyinə həsr edilmiş seminar keçirdi və məlumat verdi ki, İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi əhəmiyyətli tarixi hadisədir.
Bu Azərbaycan türklərinin çar Rusiyası dövründə İrəvan Quberniyası ərazisində mədəni irsinin mövcud olduğunu təsdiq edir.
İrəvan Müəllimlər Seminariyası sübut edir ki, Qərbi Azərbaycan azərbaycan türklərinin dədə - baba yurdu olmuşdur, elm, təhsil, mədəniyyət inkişaf etmişdir.