Nümunəvi dərs keçirildi

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Çinarə Tağıyeva 5b sinfində “Azərbaycan dili və ədəbiyyat” aylığı üzrə “Xudafərin körpüsü” mövzusunda nümunəvi dərs tədqim etmişdir.

Dərsdə Xudafərin körpüsü mövzusu əsasında mətndaxili suallar cavablandırıldı və tanış olmayan sözlərin mənası lüğət vasitəsi ilə aydınlaşdırıldı. Daha sonra Xudafərin körpüsü haqqında video material göstərildi. Burda Xudafərin körpüsü haqqında geniş məlumat əks olunmuşdur. Daha sonra müəllim felin məsdər forması haqqında məlumat verdi. Sonra isə qrup üzrə işlər paylanıldı. Uşaqlar hər bir qrup üzrə tapşırıqları yerinə yetirdilər və bunu sinfə təqdim etdilər. Dərsin sonunda isə bu gün öyrənilənlər əsasında sorğu keçirildi və beləcə yekunlaşdırıldı.

Nümunəvi dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova və direktor müavini Vəfa Məmmədova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi