Xüsusi dərs keçirildi
25.02.2022-ci il tarixdə məktəbin 7a sinfində ilk dərs xüsusi dərs oldu. Belə ki , Xocalı soyqırımının 30 illiyi münasibətilə "Xocalı soyqırımından 30 il keçir və Xocalı - qan yaddaşımızdır" adlı mövzusunda xüsusi dərs keçirildi.
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva Xocalı soyqırımının dəhşətlərindən söhbət açdı.
Bu genosidin ən dəhşətli tərəfi mülki əhaliyə yönəlməsi idi. Erməni terrorçuları tərəfindən Xocalı sakinlərinin başına gələn faciə Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunub.
Etnik təmizləmə nəticəsində 613 nəfərin şəhid olması , neçə- neçə uşağın valideynləri itirməsi yad edildi. Erməni vəhşiliyinin qurbanı olan Xocalı sakinlərinin fotoşəkilləri nümayiş olundu.
Dərsdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edildi.