18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

18 oktyabr Azərbaycanın tarixinin ən şərəfli səhifələrindən biri - dövlət müstəqilliyi günüdür.1991 - ci il avqustun 30 da Azərbaycan Ali Sovetinin xalqın tələbi ilə çağırılmış sessiyasında Azərbaycan respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikasının Ali Sovetinin həmin il 18 oktyabr tarixli sessiyasında Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı yekdilliklə qəbul edildi.1991 - ci ildən Azərbaycan suveren bir ölkədir və xalq bu günü bir bayram kimi qeyd edir.Azərbaycan Ordu quruculuğu sürətlə inkişaf edir, təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda çoxsaylı uğurlarımız var.Ölkəmiz dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Bu çoxsaylı uğurlara Ermənistan - Azərbaycan arasında gedən Dağlıq Qarabağ münaqişəsi şəraitində nail olmuşuq. Biz artıq 25 ildir ki, müstəqil dövlətdə yaşayırıq.Artıq bunu dəyişmək, sarsıtmaq mümkün deyil.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi