Nümunəvi dərs təqdim olundu
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Humay məktəbin 7a sinfində "Ədəbiyyat aylığı" çərçivəsində nümunəvi dərs təqdim etmişdir.
Dərsin mövzusu "Həsrət" mətninin məzmunu üzrə iş aparmaq. Ədatların mənaca növlərini müəyyən etmək idi.
Mətnin mövzusu Qarabağ həsrəti ilə bağlıdır.
Şagirdlər mövzu ilə bağlı təqdimatlarını təqdim etdilər. Mətnin hissələrini əlaqələndirdilər.
Müxtəlif videotəqdimatların əsasında Qarabağ atlarının "Qarabağın simvolu" olduğunu sübut etdilər.
Mətndə ədatları müəyyən etdilər, mənaca növlərini fərqləndirdilər.