Memorial Soyqırım Muzeyinə ekskursiya təşkil olunmuşdur

26 fevral - Xocalı soyqırımı ilə əlaqədar məktəbimizdə təhsil alan bir qrup şagirdimizin Memorial Soyqırım Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiyaya rəhbərliyi məktəbin tarix müəllimi Vəliyeva Zəminə etmişdir.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

uşaqlar - 63 nəfər;

qadınlar - 106 nəfər;

qocalar - 70 nəfər.

8 ailə tamamilə məhv edilmişdir.

25 uşaq hər iki valideynini itirmişdir.

130 uşaq valideynlərindən birini itirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi