Mentor müəllimlərlə görüş keçirildi

30.01.2022-ci il tarixdə saat 19:00 da 155 nömrəli tam orta məktəbin kurasiyasına aid olan məktəblərin 9-cu sinif Azərbaycan dili müəllimləri ilə 9-cu sinif buraxılış imtahanı ilə bağlı onlayn görüş keçirildi. Görüşü 155 nömrəli məktəbin dil-ədəbiyyat müəllimi Çinarə Tağıyeva idarə edirdi. Görüşdə abituriyent jurnalı proqramı təhlil olundu, imtahana düşəcək sualların alt standartları haqqında danışıldı, həm qrammatika, həm də mətn üzrə alt standartlar analiz edildi.

Həmçinin model suallarla tanışlıq oldu.

Sonda 155 nömrəli məktəbin direktoru Ruhiyyə İbrahimova müəllimləri maraqlandıran digər sualları cavablandırdı.

Görüşə qatılan bütün müəllimlərə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi