Kurasiyaya aid olan məktəb direktorları ilə görüş keçirildi
19.01.2022 – ci il tarixdə saat 11:00 da 155 nömrəli tam orta məktəbin kurasiyasına aid olan 67, 68, 148, 169, 170, 188, 198, 209, 305 və 307 nömrəli tam orta məktəblərin direktorları ilə onlayn görüş keçirildi. Görüşdə 9-cu siniflərin buraxılış imtahanlarına hazırlıq vəziyyəti müzakirə olundu. BŞTİ tərəfindən 9-cu siniflərdə aparılmış birinci monitorinqin təhlilindən sonra fəaliyyət istiqamətlərində nəzərdə tutulan dəyişikliklər, növbəti monitorinqlərə qədər görüləcək işlər vurğulandı.
BŞTİ tabeliyində olan məlktəblərin 8-ci siniflərində ilk dəfə keçiriləcək mərkəzləşdirilmiş BSQ- nin təşkili məsələsi də məktəb direktorlarının diqqətdə saxladıqları əsas məsələlərdən hesab edilir. Gələcəkdə digər siniflərdə də bu formanın uğurlu olacağı şübhə doğurmur.
Kurasıyanın növbəti görüşünün 15 fevralda nəzərdə tutulan ikinci monitorinqdən öncə və sonra əyani təşkil olunması planlaşdırıldı.
Görüşdə iştirak edən məktəb direktorlarına minnətdalığımızı bildiririk.