VI siniflərdə monitorinq aparıldı
2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 sentyabr 2021-ci il F-450 əmrinin 3.10. bəndini (“Ümumtəhsil məktəblərində xarici dillərin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərin aparılması”) rəhbər tutaraq məktəbin 6-cı siniflərində təhsil alan şagirdlərin İngilis dili fənni üzrə oxuyub-anlama, o cümlədən dinləyib-anlama bacarıqlarının yoxlanması məqsədilə monitorinq keçirilmişdir.
Monitorinqin gedişatını məktəbin direktoru Ruhiyyə İbrahimova və Təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Məmmədova müşahidə etmişdir.