IX siniflərdə monitorinq keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin göstərişinə uyğun olaraq, kurasiyamız üzrə 67, 68, 148, 169, 170, 187, 188, 198, 209, 305, 307 və 155 nömrəli məktəblərdə, 9-cu sinif şagirdlərinin DİM tərəfindən keçiriləcək buraxılış imtahanlarına hazırlığının səviyyəsini öyrənmək məqsədi ilə Azərbaycan dili, riyaziyyat, rus dili və ingilis dili fənnlərindən növbəti monitorinqi aparıldı.
Nəzərdə tutulan sonrakı addım, monitorinqin nəticələrinin müzakirəsi və nəticələrə uyğun işin təşkilidir.